Rafael Vieqaş: "Zirə" ilə oyunda 3 xal qazanmağa çalışacağıq"

Rafael Vieqaş: "Zirə" ilə oyunda 3 xal qazanmağa çalışacağıq"

“İmişli”nin braziliyalı müdafiəçisi Rafael Vieqaş komandasının növbəti turda qarşılaşacağı “Zirə”ni Azərbaycanın güclü klublarından biri kimi qiymətləndirib. O, rəqibin avrokuboklarda çıxış etdiyini və turnir cədvəlinin ilk dörd pilləsi uğrunda mübarizə apardığını bildirib.

Vieqaş ötən mövsüm “Zirə” ilə oyunlarda məğlub olmadıqlarını xatırladıb. Futbolçu komandasının düşüncə tərzinin hər zaman qələbəyə hesablandığını və məşqlərdə bunun üçün çalışdıqlarını qeyd edib.

Müdafiəçi rəqibə hörmətlə yanaşdıqlarını, lakin qarşıdakı matçda 3 xal qazanmağı hədəflədiklərini vurğulayıb. Qeyd edək ki, “İmişli” son iki turda “Kəpəz”ə məğlub olub və “Sumqayıt”la heç-heçə edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6