“Neftçi” məşqlərini bərpa edib

Arxiv fotosu; Tarixi stadionumuzun yubileyi ilə əlaqədar yoldaşlıq oyunu
Neftçi PFK · Arxiv fotosu

“Kəpəz”lə oyundan sonra 4 günlük istirahətə çıxan “Neftçi” komandası məşqlərə qayıdıb. Hazırlıq prosesi “Palms Sports” Futbol Mərkəzində baş tutub.

Baş məşqçi Yuri Vernidubun rəhbərliyi ilə keçirilən məşqdə milli komandalarda olan oyunçular iştirak etməyib, onların yerinə B komandasının üzvləri cəlb olunub.

Komanda növbəti oyununu noyabrın 22-də Şamaxı şəhər stadionunda “Araz-Naxçıvan”a qarşı keçirəcək. Görüş saat 14:30-da başlayacaq.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6