Rəşad Sadıqov: “Qəbələ”də irəliləyiş var”

Arxiv fotosu; Rəşad Sadıqov
PFL · Arxiv fotosu

Misli Premyer Liqasının XI turunda “Zirə” öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edib. Matçdan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov rəqibin Yeton Bekirinin rəhbərliyi altında irəliləyiş göstərdiyini bildirib.

Sadıqov oyunun gedişatını şərh edərək bildirib ki, erkən qola baxmayaraq, ilk hissədə rəqibin aqressiv pressinqi səbəbindən çətinlik çəkiblər. İkinci hissədə oyunun dəyişdiyini qeyd edən mütəxəssis, 60-cı dəqiqədən sonra istədiyi oyunu nümayiş etdirdiklərini və sonda qələbə qazandıqlarını vurğulayıb.

Baş məşqçi heyətdəki dəyişikliklərin səbəblərinə də toxunub. O, İsmayıl İbrahimli və İssa Cibrillanın zədələnməsi səbəbindən taktiki dəyişikliyə getdiklərini, Kris Diqbeu və Vierinyanı isə oyunun ikinci hissəsi üçün planlaşdırdıqlarını açıqlayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6