Misli Premyer Liqasında XIII turun oyun cədvəli açıqlanıb

Arxiv fotosu; “Neftçi”də bərpa məşqi
Neftçi PFK · Arxiv fotosu

Misli Premyer Liqasında XIII turun oyun cədvəli müəyyənləşib və bütün görüşlər “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Noyabrın 27-də “İmişli” Yevlax şəhər stadionunda “Şəfa” ilə, “Neftçi” isə “Palms Sports Arena”da “Zirə” ilə qarşılaşacaq.

Noyabrın 28-də “Turan Tovuz” Tovuz şəhər stadionunda “Kəpəz”i, “Sabah” isə “Sabah Arena”da “Araz-Naxçıvan”ı qəbul edəcək.

Turun son günündə, noyabrın 29-da “Şamaxı” Şamaxı şəhər stadionunda “Qəbələ” ilə, “Qarabağ” isə “Azersun Arena”da “Sumqayıt”la üz-üzə gələcək.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6