Ülvi İsgəndərov Azərbaycan çempionatında 200-cü oyununa çıxıb

Arxiv fotosu; Ülvi İsgəndərov
PFL · Arxiv fotosu

Misli Premyer Liqasının XI turunda “Araz-Naxçıvan”ın heyətində “Şəfa” ilə qarşılaşan 28 yaşlı hücumçu Ülvi İsgəndərov Azərbaycan çempionatının yüksək dəstəsində 200-cü matçını keçirib.

2017/18 mövsümündən bəri üç fərqli klubda çıxış edən futbolçu ümumilikdə 25 qola imza atıb. O, “Sumqayıt”da 18 oyunda 3, “Qəbələ”də 118 matçda 17, “Araz-Naxçıvan”da isə 64 görüşdə 5 dəfə fərqlənib.

İsgəndərov Azərbaycan çempionatının yüksək dəstəsində 200 və daha çox oyun keçirən 165-ci futbolçu kimi qeydə alınıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6