“Kəpəz” Misli Premyer Liqasının IX turuna hazırlaşır

“Kəpəz” Misli Premyer Liqasının IX turunda “Şəfa” ilə keçiriləcək səfər matçının hazırlıqlarına başlayıb. Baş məşqçi Azər Məmmədovun rəhbərliyi altında komanda əvvəlcə fitnes zalda fiziki hazırlıq keçib, daha sonra isə meydançada texniki-taktiki tapşırıqları yerinə yetirib.

Klubun məlumatına görə, komandada zədəli futbolçu yoxdur və ümumi əhval-ruhiyyə yüksəkdir. Yalnız yüngül ağrılar hiss edən Namik Ələskərov məşqləri fitnes zalı ilə məhdudlaşdırıb.

“Şəfa” və “Kəpəz” komandaları arasında oyun oktyabrın 24-də, saat 16:30-da Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçiriləcək.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6