Anje Mutsinzi zədələnib

Arxiv fotosu; Anje Mutsinzi
Arxiv fotosu

“Zirə” klubunun müdafiəçisi Anje Mutsinzi Ruanda millisinin heyətində zədələnib.

Futbolçu Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Mali ilə keçirilən matçda start heyətində meydana çıxıb. O, 77-ci dəqiqədə zədə səbəbindən oyunu tərk edərək Tierri Manzi ilə əvəzlənib.

Ruanda millisi Mali ilə görüşdə 1:2 hesabı ilə məğlub olub və 6 xalla qrupda ikinci pillədə qərarlaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6