Misli Premyer Liqasının XII turu rəqəmlərin gözü ilə

Arxiv fotosu; “Sabah”da yeni futbolçu – Xoş gəldin, Du Keyros!
Sabah FK · Arxiv fotosu

Misli Premyer Liqasında XII turun matçları üç gün ərzində keçiriləcək. Peşəkar Futbol Liqası qarşılaşacaq komandaların çempionat tarixlərindəki statistik balansını təqdim edib.

Noyabrın 20-də “İmişli” “Zirə”ni qəbul edəcək. İndiyədək keçirilən 4 oyunda “Zirə” məğlub olmayıb, “İmişli”nin ev matçları isə heç-heçə ilə yekunlaşıb. Digər oyunda “Sumqayıt” və “Sabah” qarşılaşacaq; “Sabah” son 5 oyunda uduzmayıb, “Sumqayıt” isə son iki matçda xal qazanmayıb.

Noyabrın 21-də “Şəfa” “Qəbələ” ilə üz-üzə gələcək. İndiyədək baş tutan yeganə oyunda “Şəfa” qalib gəlib, “Qəbələ” isə qol vura bilməyib. Həmin gün “Şamaxı” və “Turan Tovuz” qarşılaşacaq; “Şamaxı” son 3 oyunda uduzmayıb, “Turan Tovuz” isə son 6 səfər görüşündən yalnız birində məğlub olub.

Noyabrın 22-də “Araz-Naxçıvan” “Neftçi”ni qəbul edəcək. “Araz-Naxçıvan” 5 matçdır qələbə qazanmır, “Neftçi” isə son 3 qarşılaşmada qalib gəlib. “Kəpəz” və “Qarabağ” arasında keçiriləcək matçda isə “Qarabağ”ın son iki görüşdən xalsız ayrıldığı qeyd olunur.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6