Azərbaycan Kubokunda II təsnifat mərhələsinin ilk oyunları keçirilib

Arxiv fotosu; "Toparlana bilmədik"
Araz-Naxçıvan PFK · Arxiv fotosu

Azərbaycan Kubokunun II təsnifat mərhələsinin ilk oyun günündə beş qarşılaşma baş tutub. “Araz-Naxçıvan”, “Sumqayıt”, “Qəbələ”, “Marafon” və “Zirə” komandaları növbəti mərhələyə yüksəliblər.

“Araz-Naxçıvan” səfərdə “Şimal”ı 6:0, “Sumqayıt” isə “Kür-Araz”ı 11:0 hesabı ilə məğlub edib. “Qəbələ” öz meydanında “Mingəçevir”ə 3:0 hesabı ilə qalib gəlib. “Marafon” isə “Zaqatala” üzərində 1:0 hesablı qələbə qazanıb.

“Zirə” və “Səbail” arasında keçirilən görüşün əsas vaxtı 1:1, əlavə vaxtı isə 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn “Zirə” növbəti mərhələyə adlayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6