Coşqun Diniyev karyerasını başa vura bilər

Arxiv fotosu; Coşqun Diniyev
Arxiv fotosu

“Araz-Naxçıvan”dan ayrıldıqdan sonra klub tapa bilməyən 30 yaşlı yarımmüdafiəçi Coşqun Diniyev karyerasını bitirmək ehtimalı ilə üz-üzədir.

Hazırda yeni komanda axtarışında olan futbolçuya hələlik heç bir klubdan konkret təklif gəlməyib. Əgər qış fasiləsinə qədər vəziyyət dəyişməzsə, Diniyevin futboldan getməsi gözlənilir.

Diniyev karyerası ərzində “İnter”, “Qarabağ”, “Sabah”, “Zirə”, “Ümraniyespor”, “Bandırmaspor”, “Çorum” və “Araz-Naxçıvan” klublarının formasını geyinib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6