Azərbaycan Premyer Liqasında X turun oyunları keçirilir

Arxiv fotosu; Yoxlama oyununda qələbə qazandıq
Neftçi PFK · Arxiv fotosu

Oyun başa çatıb. Nəticəyə bax

Noyabrın 1-də Azərbaycan Premyer Liqasının X turu çərçivəsində iki qarşılaşma baş tutur. Saat 15:00-da Şamaxı şəhər stadionunda “Şamaxı” “Neftçi”ni qəbul edir. Doqquz oyundan sonra “Neftçi” 18 xalla turnir cədvəlinin üçüncü, “Şamaxı” isə 13 xalla yeddinci pilləsində qərarlaşıb.

Günün ikinci matçında saat 17:30-da Gəncə şəhər stadionunda “Kəpəz” “İmişli” ilə qarşılaşır. Səkkiz oyunu olan “Kəpəz” 14 xalla altıncı, doqquz oyunu olan “İmişli” isə 10 xalla səkkizinci pillədədir. Turnir cədvəlinə 20 xalla “Sabah” liderlik edir.

“Şamaxı” – “Neftçi” görüşünü Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli və Emin Əliyev idarə edir. VAR hakimi Kamal Umudlu, AVAR isə Vüsal Məmmədovdur. “Kəpəz” – “İmişli” matçının baş hakimi Elçin Məsiyevdir, ona Elşad Abdullayev, Pərvin Talıbov və İslam Məmmədov kömək edirlər. VAR-da Rəşad Əhmədov, AVAR-da isə Kərim Zeynalov çalışır.

Oyunların keçirilmə statusu cari zamana uyğunlaşdırılıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6