Kəpəz klubunun növbəti iki ev oyunu üçün biletlər satışa çıxarılıb

Kəpəz klubu Azərbaycan kubokunun II təsnifat mərhələsində Baku Sportinq, Misli Premyer Liqasının X turunda isə İmişli komandası ilə keçiriləcək ev oyunları üçün biletlərin satışına başlayıb. Qarşılaşmaların biletləri 2, 3, 5, 10 və 20 manat dəyərində müəyyən edilib.

Biletləri iticket.az platforması və Gəncə şəhər stadionunun kassalarından əldə etmək mümkündür. Kəpəz oktyabrın 28-də Baku Sportinq, noyabrın 1-də isə İmişli komandasını qəbul edəcək.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6