Azərbaycan Kubokunda hakim səhvi: İkinci sarı vərəqəyə baxmayaraq meydandan qovulmadı

Arxiv fotosu; Rəşad Sadıqov
PFL · Arxiv fotosu

Azərbaycan Kubokunun II təsnifat mərhələsi çərçivəsində keçirilən “Səbail” – “Zirə” oyununda hakim səhvi qeydə alınıb. Görüşün baş hakimi Səbuhi Bayramov “Səbail”in futbolçusu Samuel Nonqoha ikinci sarı vərəqəni göstərsə də, oyunçunu meydandan kənarlaşdırmayıb.

Matçın dördüncü hakimi vəziyyətlə bağlı baş hakimi məlumatlandırsa da, Səbuhi Bayramov Samuel Nonqoha qırmızı vərəqə göstərməyib. Daha sonra futbolçu əvəzlənib və “Səbail” oyunu tam heyətlə davam etdirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6