U-20 millimizin heyətində qapıçı dəyişikliyi edilib

U-20 millimizin heyətində qapıçı dəyişikliyi edilib

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.

AFFA-nın məlumatına görə, MOİK-in qapıçısı Elbrus Kərimovun əvəzinə “Sabah” klubunun qapıçısı Rüstəm Yarəhmədov heyətə cəlb olunub.

U-20 millisi noyabrın 15-dək Qəbələdə, ayın 16-dan 21-dək isə Bakıda təlim-məşq toplanışını davam etdirəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6