Azərbaycan Kubokunda 1/8 final mərhələsinin bütün iştirakçıları bəlli olub

Arxiv fotosu; Komandamız 1 xal qazanıb
Araz-Naxçıvan PFK · Arxiv fotosu

Oktyabrın 29-da futbol üzrə Azərbaycan Kubokunun II təsnifat mərhələsinin son iki qarşılaşması keçirilib. Şamaxı OİK stadionunda baş tutan oyunda “Xankəndi” “Gəncəbasar”a 2:3 hesabı ilə məğlub olub. Binə qəsəbə stadionunda isə “Zəngəzur” “Karvan-Yevlax”a 1:4 hesabı ilə uduzub.

Bu nəticələrdən sonra 1/8 final mərhələsinin son iki iştirakçısı müəyyənləşib. Daha əvvəl “İmişli”, “Şahdağ Qusar”, “Şamaxı”, “Şəfa”, “Kəpəz”, “Zirə”, “Sumqayıt”, “Qəbələ”, “Araz-Naxçıvan” və “Marafon” klubları növbəti mərhələyə vəsiqə qazanmışdı.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6