Sumqayıtın ev oyunları üçün stadion dəyişikliyi

Arxiv fotosu; “Sabah”da yeni futbolçu – Xoş gəldin, Du Keyros!
Sabah FK · Arxiv fotosu

Misli Premyer Liqasının X turu çərçivəsində baş tutacaq “Sumqayıt” – “Şəfa” qarşılaşması “SOCAR Polymer Arena”da keçiriləcək. Peşəkar Futbol Liqası (PFL) bu qərarın Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyünün keyfiyyətinin artırılması və davamlı istismara hazırlanması məqsədilə verildiyini bildirib. Mütəxəssislərin rəyinə əsasən, meydanın hazırkı vəziyyəti bir müddət istifadədən kənar qalmasını tələb edir.

“Sumqayıt”ın Mehdi Hüseynzadə adına stadionda cari mövsüm üçün ilk ev oyununun Misli Premyer Liqasının XII turunda “Sabah”a qarşı keçirilməsi nəzərdə tutulur. PFL qarşılaşmadan öncə stadionun vəziyyətinə yenidən baxış keçirəcək.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6