“Turan Tovuz” - “Kəpəz” oyununun biletləri satışa çıxarılıb

Misli premyer-liqasının 13-cü turu çərçivəsində keçiriləcək “Turan Tovuz” - “Kəpəz” matçının biletləri satışa çıxıb. Qarşılaşma noyabrın 28-də saat 16.30-da Tovuz şəhər stadionunda baş tutacaq.

Azarkeşlər biletləri “birbilet.az” saytı üzərindən onlayn ala bilərlər. Elektron bilet almaqda çətinlik çəkənlər üçün kassadan fiziki bilet əldə etmək imkanı da var.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3 və 5 manat müəyyən edilib. Şəhid ailələri və qazilər üçün nəzərdə tutulan sektora dəvətnamələr stadionun kassasından ödənişsiz verilir.

Stadiona giriş zamanı biletin üzərindəki QR kodun oxudulması tələb olunur.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6