“Araz-Naxçıvan” – “Qəbələ” matçının hakimləri açıqlanıb

Arxiv fotosu; Sudi Abdallaha milli təklif
Araz-Naxçıvan PFK · Arxiv fotosu

Oyun başa çatıb. Nəticəyə bax

Misli Premyer Liqasının IX turunda baş tutacaq “Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşmasını Əkbər Əhmədov idarə edəcək. Ona yan xətt hakimləri qismində Vüsal Məmmədov və Gülnurə Əkbərzadə köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Matçın VAR hakimi Nicat İsmayıllı, AVAR hakimi isə Tərlan Talıbzadə təyin olunub. Görüşdə hakim-inspektor qismində İmanxan Sultani, AFFA nümayəndəsi kimi isə İlham Əliyev iştirak edəcək.

Oktyabrın 23-də Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 15:00-da başlayacaq.

Bu haqda rəsmi mənbə

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6