Rauf Əliyev: Ayxan Abbasovun milliyə gəlişi doğru zamanda baş verdi

Arxiv fotosu; Ayxan Abbasov
Arxiv fotosu

Azərbaycan millisinin sabiq üzvü Rauf Əliyev bildirib ki, Ayxan Abbasovun baş məşqçi təyin olunması komandada özünəinamı və mübarizə əzmini artırıb. O, yerli mütəxəssisin komandaya doğru zamanda gəldiyini qeyd edib.

Rauf Əliyev Lixtenşteynlə evdəki heç-heçəni uğursuz nəticə adlandıraraq, milli komandada futbolçu seçiminin məhdud olmasından narahatlığını ifadə edib. Onun sözlərinə görə, yerli çempionatda legioner limiti və azərbaycanlı futbolçuların az oyun təcrübəsi məşqçilərin işini çətinləşdirir.

Sabiq hücumçu heyətdə rəqabəti artırmaq üçün baş məşqçinin hər mövqedə daha geniş seçim imkanına sahib olmasının vacibliyini vurğulayıb. O, gələcək uğurlar üçün uşaq futboluna, akademiyalara və infrastrukturun yaxşılaşdırılmasına diqqət yetirilməsinin vacib olduğunu bildirib.

Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasının II qrupunu 8 xalla birinci pillədə başa vurub. Yığma qrup mərhələsində Litva və Lixtenşteynlə qarşılaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6