Lorentso Mezzotero zədə səbəbindən milliyə gəlmədiyi halda klubunda qol vurub

Arxiv fotosu; Lorenzo Mezzotero
Arxiv fotosu

Azərbaycan millisinin Lixtenşteyn və Andorra ilə oyunları üçün heyətə dəvət olunan “Sampdoriya”nın hücumçusu Lorentso Mezzotero noyabrın 9-da zədə səbəbindən düşərgədən kənarlaşdırılıb. Klubun AFFA-ya göndərdiyi məktuba əsasən, futbolçu zədəli olduğu üçün milliyə qoşula bilməyib.

Noyabrın 21-də “Sampdoriya”nın “Benevento”nu 3:1 hesabı ilə məğlub etdiyi oyunda Mezzotero start heyətində meydana çıxıb. 59 dəqiqə meydanda qalan hücumçu 34-cü dəqiqədə qol vurub və İtaliya mediası tərəfindən yüksək qiymətləndirilib.

Futbolçunun qısa müddət sonra klubunda məhsuldar çıxış etməsi suallar yaradıb. Onun zədəsinin sağalmış olması ehtimalı olsa da, vəziyyətin aydınlaşdırılması zərurəti vurğulanır.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6