Vüqar Nadirov Almaniya klubuna baş məşqçi təyin olunur

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirov karyerasını Almaniyada məşqçi kimi davam etdirməyə hazırlaşır.

Almaniyanın Regional Liqasında çıxış edən “Az Internationale Lippstadt” klubu Nadirovu baş məşqçi postuna gətirməyi planlaşdırır. Keçidin reallaşmasında klub rəhbərliyindəki azərbaycanlıların rolu və Nadirovla yaxından tanışlıqları əsas amil kimi göstərilir.

Hazırda viza prosedurlarını həll edən Vüqar Nadirov işçi vizası alan kimi Almaniyaya yollanacaq. O, futbolçu karyerasını bitirdikdən sonra daha əvvəl “Hypers” və “Şəmkir” komandalarında baş məşqçi kimi çalışıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6