Lorenzo Mezzotero Azərbaycan millisi ilə bağlı sualları cavabsız qoyub

Arxiv fotosu; Lorenzo Mezzotero
Arxiv fotosu

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gəncləşmə prosesini davam etdirir və heyətə yeni futbolçular cəlb olunur. Bu çərçivədə İtaliyanın “Sampdoriya” klubunun 18 yaşlı hücumçusu Lorenzo Mezzotero da diqqət mərkəzindədir.

Lixtenşteyn və Andorra ilə oyunlar üçün heyətə dəvət edilən Mezzotero toplanışa qatılmayıb. “Sampdoriya”dan AFFA-ya göndərilən məktubda futbolçunun zədəli olduğu bildirilib.

İddia olunur ki, futbolçunun toplanışda iştirak etməməsinin səbəbi təkcə zədə ilə bağlı olmaya bilər. Mezzoteronun performansının İtaliya millisinin məşqçilər korpusunun diqqətini çəkdiyi və onun gələcəkdə İtaliya yığmasına dəvət almaq ehtimalının yarandığı bildirilir.

Məsələ ilə bağlı mövqeyini öyrənmək üçün Lorenzo Mezzotero ilə əlaqə saxlanılıb. Futbolçu ona ünvanlanan “İtaliya, yoxsa Azərbaycan?” sualını oxusa da, cavabsız qoyub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6