“Qarabağ”ın “Turan Tovuz”la matçda iki itkisi olacaq

Arxiv fotosu; Mərkəzi oyunda bərabərlik
Qarabağ FK · Arxiv fotosu

“Qarabağ”ın mətbuat xidmətinin məlumatına görə, sol cinah müdafiəçisi Elvin Cəfərquliyev və yarımmüdafiəçi Xoni Montiel zədə səbəbindən “Turan Tovuz”la matçı buraxacaqlar. Komandanın heyətində cəzalı futbolçu yoxdur.

Noyabrın 6-da “Azersun Arena”da keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq. Hazırda 19 xalı olan “Qarabağ” turnir cədvəlində 3-cü, 18 xalı olan “Turan Tovuz” isə 4-cü pillədə qərarlaşıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6