Misli Premyer Liqasında 11-ci tur başa çatıb

Arxiv fotosu; “Turan Tovuz”la oyunöncəsi son məşq
Neftçi PFK · Arxiv fotosu

Misli Premyer Liqasında 11-ci turun oyunları ilə 1-ci dövrəyə yekun vurulub. “Qarabağ” doğma meydanda “Turan Tovuz”a məğlub olaraq qələbə həsrətini 4 oyuna çatdırıb, “Turan Tovuz” isə bu qələbə ilə çempionluq yarışında iddialı olduğunu göstərib.

“Neftçi” evdə “Kəpəz”i məğlub edərək liderliyini möhkəmlədib. “Zirə” isə “Qəbələ” üzərində qələbə qazanaraq turnir cədvəlindəki mövqeyini qoruyub.

“Şəfa” və “Araz-Naxçıvan” arasında keçirilən autsayderlərin dueli heç-heçə ilə yekunlaşıb. “İmişli” – “Sumqayıt” və “Sabah” – “Şamaxı” qarşılaşmalarında da qalib müəyyənləşməyib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6