İsveçrənin Azərbaycandakı səfiri Karim Rossini qəbul edib

İsveçrənin Azərbaycandakı səfiri Karim Rossini qəbul edib

“Qəbələ”nin hücumçusu Karim Rossi İsveçrənin Azərbaycandakı səfiri Tomas Ştelinin dəvəti ilə səfirlikdə qonaq olub. Futbolçu bu görüşü özü üçün böyük şərəf hesab etdiyini bildirib.

Görüş zamanı tərəflər İsveçrə, Azərbaycan, idman və mədəniyyət mövzularında fikir mübadiləsi aparıblar. Rossi səmimi qəbula və qonaqpərvərliyə görə səfirə təşəkkür edib.

Azərbaycanda ikinci mövsümünü keçirən Karim Rossi əvvəlki mövsüm “Şamaxı”da çıxış edib. Hazırda zədədən əziyyət çəkən forvard bərpa prosesi ilə bağlı çətinliklər yaşayır.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6