Azərbaycan millisinin Lixtenşteynlə matçından sonra çəkilən fotoda üç futbolçu yer almayıb

Azərbaycan millisinin Lixtenşteynlə matçından sonra çəkilən fotoda üç futbolçu yer almayıb

Azərbaycan millisi Lixtenşteyn üzərində 1:0 hesablı qələbədən sonra “Reynpark” stadionunda xatirə şəkli çəkdirib. Matçın iştirak ərizəsində olan 22 futbolçudan 19-u fotoda yer alsa da, Musa Qurbanlı, Elvin Bədəlov və Emil Süleymanov kadrda görünməyib.

Futbolçuların fotoda niyə yer almadığı bəlli deyil. Onların şəkil çəkilən anda başqa yerdə olması, təbii ehtiyaclarını qarşılaması və ya qələbənin bu şəkildə qeyd olunmasını qəbuledilməz saymaları kimi ehtimallar irəli sürülür.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6