Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşıb

Arxiv fotosu; Emin Mahmudov
AFFA · Arxiv fotosu

Azərbaycan millisinin kapitanı Emin Mahmudov yığma karyerasını başa vurub. Yarımmüdafiəçinin vida matçı Andorra ilə keçirilən yoldaşlıq görüşünə təsadüf edib.

Qarşılaşma öncəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayev futbolçuya xatirə hədiyyəsi və 66 nömrəli forma təqdim edib.

Mahmudov 2016-cı ildən çıxış etdiyi millidə debütünü DÇ-2018-in seçmə mərhələsində San-Marino ilə oyunda edib və həmin matç 1:0 hesablı qələbə ilə yekunlaşıb.

Yığmanın heyətində 65 oyuna çıxan kapitan 15 qol vurub. O, bu nəticə ilə Qurban Qurbanovun rekordunu yeniləyərək Azərbaycan millisinin tarixində ən çox qol vuran futbolçu adını qazanıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6