“Turan Tovuz” və “Kəpəz” matçı ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib

Oyun başa çatıb. Nəticəyə bax

Premyer Liqanın 13-cü turunda “Turan Tovuz” doğma meydanda “Kəpəz”i qəbul edəcək. Saat 16:30-da başlayacaq qarşılaşmaya şəhərdə maraq böyükdür.

Gəncədən 200-dən çox azarkeşin gələcəyi gözlənilir ki, bu da stadionda anşlaq ehtimalını artırır. Yüksək maraq səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib.

Stadion ətrafında polis əməkdaşları, Daxili Qoşunların heyəti və Qazaxın təhlükəsizlik xidmətinin əməkdaşları yerləşdirilib. Avtomobillər ciddi yoxlamadan keçirilir və mümkün insidentlərin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6