Cahangir Fərəcullayev: “Ən aşağı nöqtəyə düşmüşük və indi qalxmalıyıq”

Cahangir Fərəcullayev: “Ən aşağı nöqtəyə düşmüşük və indi qalxmalıyıq”

AFFA-nın baş katibi Cahangir Fərəcullayev və milli komandanın baş məşqçisi Ayxan Abbasov Andorra ilə oyunöncəsi jurnalistlərlə görüşüb. Fərəcullayev millinin cari il üzrə nəticələrini dəyərləndirərək, komandanın yalnız Maltaya məğlub olduğunu, Lixtenşteynlə heç-heçənin isə mənfi nəticə sayıldığını bildirib.

Baş katib yığmanın oyun üslubunun heyətə uyğun seçildiyini və hücum xəttindəki çətinliklər səbəbindən praqmatik yanaşmaya üstünlük verildiyini qeyd edib. O, komandanın “qorxaq” futbol oynaması ilə bağlı fikirlərlə razılaşmayıb.

Fərəcullayev yığmanın hazırkı vəziyyətini “ən aşağı nöqtə” kimi xarakterizə edib və sistemin dəyişdirilməsi prosesinin başladığını vurğulayıb. O, Millətlər Liqasında D Liqasında birinci yeri tutmağı uğur hesab etdiklərini bildirib.

AFFA rəsmisi klub futbolunun inkişafı üçün dövlət dəstəyinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, dəstək dayandırılarsa, klub futbolu uçuruma yuvarlana bilər.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6