Rüfət Quliyev: “Neftçi” bu mövsüm çempion olacaq”

Rüfət Quliyev: “Neftçi” bu mövsüm çempion olacaq”

Azərbaycan milli komandasının veteran futbolçusu Rüfət Quliyev “Neftçi”nin bu mövsüm çempion olacağını proqnozlaşdırıb. O, komandanın yaxşı irəlilədiyini və “Turan Tovuz”, “Qarabağ” və “Sabah”ı qabaqlayacağını ehtimal edir.

Legioner limitinin ləğvinə münasibət bildirən Quliyev, legionerlərin olmasını təbii və müsbət hal kimi qiymətləndirib. Bununla yanaşı, o, yerli futbolçuların performanslarını artırmaları üçün onlara imkan yaradılmasının və sağlam rəqabət şəraitində oyun praktikası qazanmalarının vacibliyini vurğulayıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6