Emin Mahmudov millidəki son oyunundan sonra açıqlamalar verib

Arxiv fotosu; Emin Mahmudov
AFFA · Arxiv fotosu

Azərbaycan yığmasının futbolçusu Emin Mahmudov Andorraya qarşı keçirilən yoldaşlıq görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.

Mahmudov millinin kapitanı kimi Bədavi Hüseynovu dəstəklədiyini, gələcək üçün isə Mahir Emrelini ən real namizəd hesab etdiyini bildirib.

Karyerasını bitirdikdən sonra futbolda qalıb-qalmayacağı ilə bağlı suala cavab verən futbolçu, hazırda bütün diqqətini “Neftçi”yə yönəltdiyini və mövsümün sonuna qədər ən yaxşı formada olmaq istədiyini qeyd edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6