Emin Mahmudova yığmadakı yubiley matçı münasibətilə hədiyyə təqdim olunub

Arxiv fotosu; Emin Mahmudov
AFFA · Arxiv fotosu

Azərbaycan millisinin kapitanı Emin Mahmudova yığmanın heyətində 66-cı oyununa çıxması münasibətilə xüsusi hədiyyə verilib.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Andorra ilə yoxlama görüşündən əvvəl futbolçuya üzərində 66 rəqəmi əks olunan forma təqdim edib.

2016-cı ildən Azərbaycan millisində çıxış edən “Neftçi”nin yarımmüdafiəçisi indiyədək keçirdiyi 66 matçda 15 qol vurub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6