Milli komandamızın üzvü Ceyhun Nuriyev hərbi xidmətə yollanıb

Arxiv fotosu; Ceyhun Nuriyev
Arxiv fotosu

Azərbaycan milli komandasının və “Araz-Naxçıvan” klubunun futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə çağırılıb.

Oktyabr çağırışı çərçivəsində ordu sıralarına cəlb olunan 2001-ci il təvəllüdlü oyunçu hazırda Gəncədəki N saylı hərbi hissədə xidmət edir.

Hərbi xidmətdə olması səbəbindən Ceyhun Nuriyev “Araz-Naxçıvan”ın Premyer Liqadakı son iki matçında iştirak edə bilməyib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6