Lorenzo Mezzoteronun zədələnməsi İtaliya mətbuatında müzakirə olunur

Arxiv fotosu; Lorenzo Mezzotero
Arxiv fotosu

“Sampdoriya”nın hücumçusu Lorenzo Mezzotero noyabrın 9-da “Karareze” ilə oyunda zədələndiyi üçün Azərbaycan millisinin heyətindən çıxarılıb. Onun yerinə düşərgəyə “Araz-Naxçıvan”ın üzvü Ağadadaş Salyanski dəvət olunub.

İtaliya mətbuatı 18 yaşlı futbolçunun Azərbaycan millisinin heyətindən kənarda qalmasını “İtaliya hələ ümid edə bilər” ifadəsi ilə şərh edib. İtaliyalılar bu vəziyyəti forvardın milli komanda seçimi baxımından vaxt qazanması kimi qiymətləndirir.

İndiyədək yalnız Azərbaycanın U-21 yığmasında çıxış edən Mezzoteronun gələcəkdə İtaliya millisini təmsil etməsi perspektivi yenidən gündəmə gəlib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6