AFFA Ceyhun Nuriyevin hərbi xidmətə çağırılması ilə bağlı açıqlama verəcək

“Araz-Naxçıvan”ın futbolçusu hərbi xidmətə çağırılıb: AFFA məsələ ilə bağlı nazirliyə müraciət edib - ÖZƏL AÇIQLAMA

Milli komandanın və “Araz-Naxçıvan”ın futbolçusu Ceyhun Nuriyev oktyabr çağırışı zamanı hərbi xidmətə aparılıb. 25 yaşlı yarımmüdafiəçi hazırda Gəncədəki N saylı hərbi hissədə xidmət edir.

AFFA-nın mətbuat katibi Aida Əliyeva assosiasiyanın məsələ ilə bağlı müvafiq quruma vaxtında müraciət etdiyini bildirib. Qurumdan əlavə məlumat olduqda açıqlama veriləcəyi qeyd olunub.

İctimaiyyətdə futbolçunun xidmətini MOİK-də davam etdirib-etdirməyəcəyi ilə bağlı suallar yaranıb.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6