Ayxan Abbasovun AFFA ilə müqavilə müddəti dekabrda bitir

Arxiv fotosu; Ayxan Abbasov
Arxiv fotosu

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasovun AFFA ilə müqaviləsinin müddəti dekabr ayında başa çatır. Mütəxəssis UEFA Millətlər Liqasının başa çatmasından sonra yeni müqavilə ilə bağlı AFFA rəhbərliyi ilə müzakirələr aparacaqlarını bildirib.

Abbasov çətin dövrlərdə AFFA rəhbərliyinin ona və futbolçulara göstərdiyi dəstəyi yüksək qiymətləndirib. Baş məşqçi Azərbaycan millisinə rəhbərlik etməkdən qürur duyduğunu və yaradılan şəraitdən razı olduğunu qeyd edib.

Azərbaycan millisi UEFA Millətlər Liqasında qrup mərhələsini səkkiz xalla birinci pillədə başa vurub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6