AFFA İntizam Komitəsi U-17 və Gənclər Liqasında cəzalar tətbiq edib

Kontekst fotosu: AFFA-nın binası; qərarın verildiyi iclas və ya təyin edilən şəxsin fotosu deyil.
Kontekst fotosu

AFFA İntizam Komitəsi U-17 Liqasında keçirilən “Qarabağ” – “Sabah” oyununda baş verən hadisələrlə bağlı qərarlar verib. “Sabah”ın futbolçuları Kənan Əliyev və Nizami Nəbiyev oyun başa çatdıqdan sonra hakimlər briqadasına qarşı qeyri-etik ifadələr işlətdikləri üçün 6 oyunluq cəzalandırılıblar. Kənan Əliyev matçın 21-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün, Nizami Nəbiyev isə 90+2-ci dəqiqədə dava etdiyi üçün qırmızı vərəqə alaraq meydandan qovulmuşdular. “Sabah” klubu 1000 manat cərimələnib.

Həmin qarşılaşmada “Qarabağ”ın futbolçuları da cəzalandırılıb. Ayxan İbadov dava etdiyinə görə aldığı qırmızı vərəqəyə görə 4 oyunluq, İbrahim Sadiqli isə 90+2-ci dəqiqədə hakimlər briqadasına qarşı qeyri-etik ifadələr işlətdiyinə görə 5 oyunluq diskvalifikasiya olunub.

U-17 Liqasının “İmişli” – “Şamaxı” matçında qonaq komandanın köməkçi məşqçisi Tərlan İsgəndərov 68-ci dəqiqədə hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb və növbəti 5 oyunda texniki zonada yer ala bilməyəcək.

AFFA Gənclər Liqasında keçirilən “İmişli” – “Turan Tovuz” oyununda isə qonaq komandanın futbolçusu Uğur Kişiyev 90-cı dəqiqədə oyun bərpasını ləngitdiyinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. O, qırmızı vərəqədən sonra hakimi təhqir etdiyi üçün 6 oyunluq cəzalandırılıb. “Turan Tovuz” klubu 1000 manat cərimə ödəyəcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6