“Neftçi” və “Zirə”nin futbolçuları milli komandalara dəvət olunublar

Kontekst fotosu: Neftçi klubunun arxiv görüntüsü; dəvət edilən bütün futbolçuların bu kadrda olduğu iddia edilmir.
Neftçi PFK · Kontekst fotosu

“Neftçi” və “Zirə” klublarının legioner futbolçuları ölkələrinin milli komandalarından dəvət alıblar.

“Neftçi”dən Denzel Jubitana Surinam, Endryu Qravilyon Qvadelupa, Sessi D’Almeyda isə Benin millisinə çağırılıb. Həmçinin Emin Mahmudov, Emil Balayev, Elvin Bədəlov və Rüfət Abbasov Azərbaycan millisinin heyətinə cəlb olunublar.

“Zirə” klubundan isə Ange Mutsinzi Ruanda, Quima isə Mozambik yığmasına dəvət alıb.

Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteynlə, noyabrın 16-da isə Andorra ilə yoxlama oyununda qarşılaşacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6