“Turan Tovuz” Misli Premyer Liqasında 150-ci matçına çıxıb

Arxiv fotosu; Kenan Piriç
Neftçi PFK · Arxiv fotosu

Misli Premyer Liqasının IX turunda “Neftçi” ilə 1:1 hesablı heç-heçə edən “Turan Tovuz” üçün bu qarşılaşma çempionatdakı 150-ci oyun olub. PFL-in məlumatına görə, komanda bu görüşlərin 74-nü evdə, 76-sını isə səfərdə keçirib.

Ümumilikdə 150 matçda 58 qələbə qazanan, 42 heç-heçə edən və 50 dəfə məğlub olan “Turan Tovuz” rəqib qapılarına 186 qol vurub, öz qapısında isə 174 top görüb. “Turan Tovuz” turnir tarixində 150 və daha çox oyun keçirən 26-cı komanda olub. Klubun çempionatdakı ilk matçı 2022-ci il avqustun 8-də “Qəbələ”yə qarşı keçirilib və 0:2 hesablı məğlubiyyətlə nəticələnib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6