Ceyhun Nuriyev hərbi xidmətə başlayıb

Arxiv fotosu; Ceyhun Nuriyev
Arxiv fotosu

“Araz-Naxçıvan”ın futbolçusu və milli komandanın üzvü Ceyhun Nuriyev hərbi xidmətə çağrılıb. 25 yaşlı yarımmüdafiəçi hazırda Gəncədəki N saylı hərbi hissədə xidmət edir.

Oktyabrın 29-da xidmətə yollanan futbolçu noyabrın 8-də hərbi and içib. Onun hərbi xidmət müddətinin nə qədər olacağı hələlik bəlli deyil.

AFFA məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinə müraciət edib. Müdafiə Nazirliyi müraciəti müsbət dəyərləndirərsə, Ceyhun Nuriyevin karyerasını 1-ci liqada çıxış edən MOİK-də davam etdirməsi mümkündür.

“Araz-Naxçıvan”ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov bildirib ki, futbolçu ilə imzalanan müqavilədə hərbi xidmət məsələsi nəzərə alınıb. Klub futbolçunun MOİK-də oynaması halında onu yenidən heyətinə qaytarmağa çalışacaq.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6