U-17 Liqasında “Araz-Naxçıvan” və “EFA” oyununda kütləvi dava olub

U-17 Liqasında “Araz-Naxçıvan” və “EFA” komandaları arasında keçirilən oyun Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Final fitindən sonra “Araz-Naxçıvan” futbolçularının qələbəni emosional qeyd etməsi rəqib oyunçuların narazılığına səbəb olub və tərəflər arasında kütləvi dava yaranıb.

Baş hakim hadisə zamanı bir neçə futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb, tərəfləri isə çətinliklə sakitləşdirmək mümkün olub.

İnsident AFFA İntizam Komitəsində araşdırılacaq və davada fəal iştirak edən, lakin hakimin diqqətindən yayınan digər futbolçuların da əlavə cəzalara məruz qalması ehtimal olunur.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6