Mamadu Kane: “Nəticələr pisdirsə, oyunuma yaxşı deyə bilmərəm”

Misli Premyer Liqasının XII turunda “Araz-Naxçıvan” “Neftçi”yə 1:3 hesabı ilə məğlub olub.

Matçdan sonra açıqlama verən Mamadu Kane bildirib ki, komandası oyuna istədiyi kimi başlaya bilməyib və qol buraxdıqdan sonra geridönüş etmək çətinləşib. Futbolçu real qol şanslarını dəyərləndirə bilmədiklərini qeyd edib.

Kane komandanın uğursuz çıxışını futbolda baş verən hallar kimi qiymətləndirib və bu durumdan çıxmağa çalışacaqlarını vurğulayıb. O, hazırda komanda üçün yaxşı oyundan daha çox nəticənin vacib olduğunu bildirib.

Öz çıxışını dəyərləndirən yarımmüdafiəçi nəticələr pis olduğu üçün oyununa yaxşı deyə bilməyəcəyini söyləyib. O, uğursuz zolaqdan çıxmaq üçün məşqlərdə və matçlarda çox çalışdığını əlavə edib.

Keçmiş klubu “Neftçi”yə qarşı oynamağın yaxşı hiss olduğunu deyən Kane, qarşıdakı turlarda “Sabah” və “Qarabağ”la matçlara hazırlaşacaqlarını bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6