Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşır

Arxiv fotosu; Emin Mahmudov
AFFA · Arxiv fotosu

Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov Andorra ilə keçiriləcək yoldaşlıq görüşünün onun üçün yığmadakı son matç olacağını açıqlayıb.

Futbolçu qərarını ailəsi, dostları və baş məşqçi ilə müzakirə etdikdən sonra verdiyini və hazırkı dönəmin ayrılmaq üçün ən doğru vaxt olduğunu bildirib.

Mahmudov sabahkı oyunda həyəcanlı olacağını, lakin hər zamankı kimi qələbə qazanmaq və yaxşı oyunla yadda qalmaq üçün meydana çıxacağını qeyd edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6