Araz-Naxçıvanın akademiyasında antidopinq seminarı keçirilib

Maarifləndirmə seminarı keçirilib
Araz-Naxçıvan PFK

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Araz-Naxçıvan PFK-nın akademiyasının komandaları üçün antidopinq mövzusunda maarifləndirmə seminarı təşkil edib. Tədbir çərçivəsində dopinq nəzarəti ilə bağlı əsas məsələlər müzakirə olunub.

AMADA-nın təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov dopinq nəzarəti prosesinin nümunələrin toplanmasından laboratoriya təhlilinə qədər olan bütün mərhələləri barədə məlumat verib. Futbolçulara 11 antidopinq qayda pozuntusu haqqında ətraflı izahat təqdim edilib.

Seminar zamanı idmançıların hüquq və öhdəlikləri də diqqətə çatdırılıb. İştirakçılara dürüst idman mühitinin qorunması üçün məsuliyyət daşıdıqları vurğulanıb.

Bu haqda rəsmi mənbə

Araz-Naxçıvan PFK
Maarifləndirmə seminarı keçirilib

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6