Azərbaycan yığması Andorra ilə qarşılaşır: Emin Mahmudov üçün vida matçı

Arxiv fotosu; Emin Mahmudov
AFFA · Arxiv fotosu

Azərbaycan yığması bu gün yoldaşlıq oyununda Andorra ilə üz-üzə gələcək. Saat 22:00-da başlayacaq bu görüş yığmanın cari ildəki sonuncu matçı olacaq.

Yarımmüdafiəçi Emin Mahmudov bu qarşılaşmadan sonra milli karyerasını bitirəcək. 2016-cı ildə debüt edən futbolçu yığma forması ilə çıxdığı 65 oyunda 16 qol vurub.

Azərbaycan yığması növbəti dəfə 2027-ci ilin mart ayında Avropa çempionatının seçmə mərhələsi oyunları üçün bir araya gələcək.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6