“Neftçi”nin futbolçusu Qustavo Klisman qış çempionluğu hədəfindən danışıb

Arxiv fotosu; Qustavo Klisman
PFL · Arxiv fotosu

“Neftçi”nin yarımmüdafiəçisi Qustavo Klisman Misli Premyer Liqasının 12-ci turunda “Araz-Naxçıvan” üzərində qazanılan 3:1 hesablı qələbəni şərh edib. Futbolçu çətin meydan amilinə baxmayaraq, 90 dəqiqə ərzində oyuna nəzarət etdiklərini və layiq olduqları 3 xalı qazandıqlarını bildirib.

Klisman komandada hazırlıq prosesinin intensiv keçdiyini və çempionatdakı fasilənin onlara kömək olduğunu qeyd edib. O, hər oyuna qələbə üçün çıxdıqlarını və istəkləri reallaşarsa, qış çempionu ola biləcəklərini vurğulayıb.

“Araz-Naxçıvan”la matçda vurduğu qolla bağlı danışan yarımmüdafiəçi, bunun zərbə deyil, asma olduğunu etiraf edib. O, baş məşqçinin tapşırığına əsasən imkan olduqca qapıya zərbə endirdiyini və hücumların sonlandırılmasında iştirak etdiyini bildirib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6