Mamadu Kane: “Çalışırıq, amma alınmır”

“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Mamadu Kane Misli Premyer Liqasının 12-ci turunda “Neftçi”yə 1:3 hesabı ilə uduzduqları oyunu şərh edib. O, matça yaxşı başlamadıqlarını və qol buraxdıqdan sonra geridönüş etməyin çətin olduğunu bildirib.

Kane ikinci hissədə hesabı bərabərləşdirməyə çalışsalar da, real qol şanslarını dəyərləndirə bilmədiklərini qeyd edib. Futbolçu artıq “Sabah” və “Qarabağ”la qarşıdakı oyunlara hazırlaşacaqlarını vurğulayıb.

Naxçıvan klubunun turnir cədvəlində sonuncu pillədə olmasına toxunan yarımmüdafiəçi yaxşı nəticələr əldə etmək üçün çalışdıqlarını, lakin hazırda alınmadığını bildirib. O, uğursuz zolaqdan çıxmağın vacib olduğunu və hazırda yaxşı oyundan çox nəticənin önəmli olduğunu qeyd edib.

Daha əvvəl “Neftçi”də çıxış etmiş Kane keçmiş komandasına qarşı motivasiyasının yerində olduğunu və peşəkar futbolçu kimi hər matça hazırlaşdığını əlavə edib.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6