Azərbaycan millisinin üzvü Avropa nəhənglərinin hədəfindədir

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

İtaliyanın “Sampdoriya” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Lorenzo Metsotero Avropanın tanınmış klublarının diqqətini cəlb edib. İtaliyalı jurnalist Rudi Qalettinin məlumatına görə, “Yuventus” 18 yaşlı hücumçunu transfer etməyi nəzərdən keçirir, Almaniyanın “Borussiya Dortmund” klubu isə futbolçunun çıxışını izləyir.

Metsotero oktyabrın 31-də “Virtus Entella” ilə matçda peşəkar karyerasının ilk qolunu vurub və “Sampdoriya”nın 2:0 hesablı qələbəsinə töhfə verib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6