Azərbaycan millisi FIFA reytinqində 3 pillə irəliləyib

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycan yığması ötən siyahı ilə müqayisədə üç pillə irəliləyərək 1145.18 xalla 124-cü sırada qərarlaşıb.

Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Millətlər Liqasında keçirdiyi 4 oyundan sonra 8 xal toplayaraq qrup lideri olub.

Dünya reytinqinə 2004.48 xalla İspaniya millisi başçılıq edir.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6