Azərbaycan milli komandasının mətbuat konfransı və açıq məşq cədvəli açıqlanıb

Arxiv fotosu; Litva ilə oyun öncəsi milli komandamızın məşqi (fotoreportaj)
AFFA · Arxiv fotosu

AFFA-nın mətbuat xidməti Azərbaycan milli komandasının qarşıdakı oyunlar öncəsi media üçün təşkil olunacaq mətbuat konfransları və açıq məşqlərin vaxtlarını elan edib.

Lixtenşteynlə UEFA Millətlər Liqası oyunu üçün 12 noyabrda saat 21:15-də mətbuat konfransı, saat 22:00-da isə açıq məşq keçiriləcək. Andorraya qarşı yoldaşlıq görüşü öncəsi isə 15 noyabr saat 19:00-da açıq məşq nəzərdə tutulub. Bütün saatlar Bakı vaxtı ilə qeyd olunub.

Tərəfini seç

Komandalarını seç. Seçimlərinə uyğun ən vacib və ən yeni xəbərlər önə çıxacaq.

1 / 6